"Neftçi" qazandı, Azərbaycan mövqeyini qaytardı

15 İyul 2021 17:40 Azərbaycan Futbolu 1 613
"Neftçi" qazandı, Azərbaycan mövqeyini qaytardı

“Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə cavab oyununda 2:1 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, bu qələbə Azərbaycanın UEFA reytinqinə 0,250 xal gətirib.

Bununla da cari mövsümün qazancı 0,500-ə çatıb. Digər komandalarımız mübarizəyə başlamadığından bütün qazanc yalnız “Neftçi”nin payına düşür.

Bakıdakı qələbə UEFA reytinqindəki mövqeyimizə də müsbət təsir edib. Son 5 mövsümün nəticəsinə əsasən hesablanan əmsalımız 13,125-ə çatıb.

Bu, birgünlük fasilədən sonra 28-ci pilləni qaytarmaq imkanı verib. Belə ki, Sloveniya xalını 13-ə çatdırmaqla bu pilləni ələ keçirmişdi.

27-ci olan Qazaxıstanın 13,250 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”