AFFA-nın Naxçıvan futbolu ilə bağlı nə PLANI VAR? - FOTO

4 May 2021 14:40 Azərbaycan Futbolu 751
AFFA-nın Naxçıvan futbolu ilə bağlı nə PLANI VAR? - FOTO

AFFA rəsmiləri Naxçıvana səfərə yollanıb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşmiş səfərdə baş katibin müavini Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə və Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov iştirak edib.

AFFA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşüb, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Federasiya rəsmiləri bir müddət öncə istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksinə gedərək burada yaradılmış şəraitlə yaxından tanış olublar.

Digər Xəbərlər
Xəbər Lenti