Tovuzda gərgin anlar - Bir nəfər stadiondan uzaqlaşdırıldı: FOTOLAR

13 Fevral 2024 16:00 Azarkeş 1 106
Tovuzda gərgin anlar - Bir nəfər stadiondan uzaqlaşdırıldı: FOTOLAR

Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Qəbələ" matçında insident yaşanıb.

Görüşün 4-cü dəqiqəsinə təsadüf edən hadisə asayış keşikçiləri ilə qonaq tərəfdarlar arasında baş verib.

Qısa müddət çəkən gərginlik sonda polislərin bir azarkeşi tribunalardan uzaqlaşdırması ilə sakitləşib.

Həmin azarkeş "Qəbələ"ni dəstəkləmək üçün Tovuza gələn "Red Black Army" azarkeş qrupunun üzvü olub.

Fanat qrupunun digər üzvləri sevimli komandalarını dəstəkləməyə davam ediblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!