"Sabah" - "Kəpəz" oyununda insident - 3 nəfər saxlanıldı

15 Avqust 23:40 Azarkeş 1 466
"Sabah" - "Kəpəz" oyununda insident - 3 nəfər saxlanıldı

Premyer Liqanın 1-ci turunun “Sabah” – “Kəpəz” görüşündən əvvəl insident yaşanıb.

Hadisə nəticəsində bölgə klubunun üç azarkeşi polis bölməsinə aparılıb.

İnsidentə gəncəli azarkeşlərin oyundan əvvəl stadionun ərazisində məşəl (fakel) yandırması səbəb olub.

Əldə etdiyimiz məlumata görə, saxlanılan azarkeşlər hazırda polis bölməsindədir.

Qarşılaşma isə “Kəpəz”in 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti