Premyer Liqa: Yeni stadion açıldı. ən böyük axın bura oldu - FOTOLAR

31 Avqust 03:20 Azarkeş 1 142
Premyer Liqa: Yeni stadion açıldı. ən böyük axın bura oldu - FOTOLAR

Misli Premyer Liqasının üçüncü turunda keçirilən “Kəpəz” - “Turan Tovuz” görüşü mövsümün yeni tamaşaçı rekordu ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, yenilənmiş Gəncə şəhər stadionunda baş tutan qarşılaşmanı 13 500 azarkeş izləyib.

Bu göstərici cari mövsümdə Misli Premyer Liqası oyunları üçün qeydə alınan ən yüksək tamaşaçı sayı olub.

Matç “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti