
Milli komandanın oyunlarına görə yaranmış fasilədən istifadə edən "Turan Tovuz" dünən yoxlama görüşüb keçirib.
Qərb təmsilçisi Masazırda "Sabah"la üz-üzə gəlib.
Ayxan Abbasovun yetirmələri Premyer Liqanın 5-ci turunda məğlub etdiyi (3:0) rəqibinə bu dəfə minimal hesabla qalib gəlib - 3:2.
Çempionat görüşlərində daim komandasının yanında olan tovuzlu fanatlar sınaq matçında da sevimli komandaların yalnız buraxmayıblar.
Təxminən 30-40 nəfərlik qrup 90 dəqiqə sevimlilərinə dəstək nümayiş etdiriblər.
"Tələblər" doğma meydanda oynasa da, özünü səfər matçında kimi hiss edib.
XANOĞLAN / SPORTİNFO.AZ
"Turan" tərəfdarlarının qarşılaşma boyu göstərdikləri aktivliyə aşağıdakı linkdə baxa bilərsiniz: