“Məsələ bundadır ki…” - AFFA-dan hamını narahat edən SUALA CAVAB

24 May 2023 20:40 Azarkeş 1 210
“Məsələ bundadır ki…” - AFFA-dan hamını narahat edən SUALA CAVAB

AÇ-2024-ə uğursuz start verən Azərbaycan millisi iyunun 17-də növbəti görüşünə çıxacaq.

Canni de Byazinin yetirmələri Estoniya seçməsini qəbul edəcək.

Oyunun “Dalğa Arena”da keçirilməsi azarkeşlərin ciddi narazılığına səbəb olub.

Artıq bir neçə gündür biletlər satışa çıxarılıb, qarşılaşmanın Mərdəkandakı arena baş tutması futbolsevərlərin ürəyincə deyil.

Əksəriyyət yol uzaqlığını əsas gətirir. Yay ayında Mərdəkana gedib-gəlməyin çətinliyi, stadionun yaxınlığına ictimai nəqliyyatın işləməməsi ciddi problemdir.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza açıqlamasında “Bakcell Arena”, “ASCO Arena”, Tofiq Bəhramov adına Respublika stadionlarından birinin yox, məhz “Dalğa Arena”nın seçilməsinə aydınlıq gətirib:

“Azarkeşlərin narazılığı müəyyən mənada anlaşılandır. Ancaq AFFA-nın seçiminin də tutarlı səbəbləri var.

Əvvəla, milli Millətlər Liqasının oyunlarını da “Dalğa Arena”da keçirmişdi. Bütün amillərlə yanaşı milli komandanın rəyi də çox vacibdir.

Məsələ bundadır ki, yığmanın Bakıdakı oyunlarından əvvəl toplanış “Dalğa Arena”da keçilir, komanda üzvləri orada məskunlaşır. Belədə, məşqçi və futbolçu heyəti çox yol qət etməsinə gərək duyulmur.

Digər tərəfdən, “Dalğa Arena” kompakt stadiondur. Matçın gedişində futbolçularla azarkeşlər arasında ünsiyyət daha rahat olur, futbolçular azarkeşlərin dəstəyini daha yaxından hiss edir.

Bir sıra amillər var ki, məhz bu səbəblərdən oyunun Mərdəkandakı stadionda baş tutması qərara alınıb”.

AÇ-2024-ün ilk oyunlarında Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Azərbaycan seçməsi iyunun 17-də Estoniya ilə qarşılaşacaq. Görüş saat 20:00-da baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti