Millimizin üzvü yeniyetmə azarkeşi belə sevindirdi - VİDEO

13 May 2023 23:00 Azarkeş 465
Millimizin üzvü yeniyetmə azarkeşi belə sevindirdi - VİDEO

Futbolun bəzəyi azarkeşlərdi. Onlarsız keçən oyunların dadı-duzu da olmur.

Məsələn, Bakıda keçirilən oyunlar hara, Gəncədə, Tovuzda keçirilən qarşılaşmalar hara.

Bəyəm "Neftçi"nin, "Zirə"nin, lap elə "Səbail"in göstərdiyi oyun "Turan"dan, "Kəpəz"dən çox geri qalır? Təbii ki, yox.

Amma Tovuzda, Gəncədə olan matçlar demək olar dəfə gərgin və maraqlı alınır. Çünki tribunalarda tərəfdar olur. Onlardı futbolçuya motivasiya verən, ruhlandıran.

Gərək futbolçular da azarkeşlərin qədrini hər addımda dəyərləndirə. Xoş rəftarla, sevimli klubunun atributunu ona bağışlamaqla və.s.

Məsələn, Cəlal Hüseynov kimi. "Şamaxı"nın mərkəz müdafiəçisi məşqdən öncə milli komandadakı imzalı formasını "şirlər"in azyaşlı azarkeşinə hədiyyə edib.

İlk baxışdan kiçik hadisə kimi görünə bilər. Amma bir də həmin yeniyetmənin o anda üzündə olan xoşbəxtliyi görsəniz...

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərin aşağıdakı linkdən izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti