Azərbaycanda olan "Beşiktaş" azarkeşlərini maraqlandıran VACİB XƏBƏR

10 May 2023 23:40 Azarkeş 474
Azərbaycanda olan "Beşiktaş" azarkeşlərini maraqlandıran VACİB XƏBƏR

"Beşiktaş" 2 gün sonra Azərbaycanda qonaq olacaq.

İstanbul nəhəngi "Sabah"la yoxlama matçı keçirmək üçün paytaxtımıza səfər edəcək.

Hazırda ölkəmizdə olan "Beşiktaş" sevdalılarını maraqlandıran əsas sual isə birdir - Görəsən, komanda üzvləri saat neçədə Heydər Əliyev adına Hava Limanında olacaq?

Ki, könül bağladıqları klubun futbolçuları ilə görüşmək imkanını əldən qaçırmasınlar.

Əldə etdiyimiz məlumata görə, Şenol Günəş və yetirmələrini gətirən təyyarə 12 may saat 18:40-da Bakıda olacaq.

Görüşə tələsən fanatların ən geci bu saatda Hava Limanında olması vacibdir.

Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün xərclənəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı