"Beşiktaş"ın fanatları Bakının bir gecəsində… MARAQLI VİDEO

10 May 2023 22:40 Azarkeş 739
"Beşiktaş"ın fanatları Bakının bir gecəsində… MARAQLI VİDEO

12 may "Beşiktaş" ölkəmizə səfər edəcək.

Məqsəd bir gün sonra "Sabah"la yoxlama oyunu keçirməkdir.

Artıq 3 gündü oyunun biletləri satışdadır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça 20 mindən artıq biletin satışı reallaşıb.

Azərbaycanlı azarkeşlər qarşılaşmaya xüsusi sevgi ilə hazırlaşırlar.

"Beşiktaş"ın ölkəmizdə olan fanatları da həmçinin.

Belə ki, qardaş ölkə təmsilçisinə könül bağlayan həmvətənlərimiz oyun günü tribunalarda öz yerlərin alacaqlar.

Bu istiqamətdə təbliğat da pis aparılmır.

Klubun fanatları hazırladıqları video roliklə diqqət çəkiblər.

"Həsrət sona çatır, Azərbaycanda ilk dəfə böyük "Beşiktaş tribunası ilə stadiondayıq!" başlıqı çağırış videosuna aşağıdakı linkdən baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti