"Neftçi" tarixinin ən ağır məğlubiyyətlərindən birini Tovuzda yaşadı.
"Turan"nın qonağı olan bakılılar gözlənilmədən böyük hesablı məğlubiyyət aldılar - 0:4.
Oyundan sonra baş məşqçi Laurenstiu Regekmapf bütün azarkeşlərdən üzr istədi.
Təcrübəli qapıçı Aqil Məmmədov "ölüb yerə girək" - deməklə xəcalət çəkdiklərini göstərmiş oldu.
Azarkeşlər isə "od püskürdülər". Qəzəbli fanatlar hirsini klubun sosial şəbəkə hesabına şərh yazmaqla çıxıblar:
"Bu bizim "Neftçi" deyil. Gör, nə günə qoyublar komandamızı. "Neftçi"ni bu günə qoyanların başına daş düşsün".
"Bütün komandaya ar olsun".
"Neftçi"dən alverçilər rədd olsun".
"Boyunuzu yerə soxum".
"Neftçi" rəhbərliyini, məşqçilər korpusunu, oyunçuları həbs etmək lazımdır. Qovmaq çox az cəzadır. Gedib yığdıqlarını yeyəcəklər".
"Pulu vicdandan üstün tutub, işinizə davam edin".
"Kuboku da istəmirik, təki Regekampf qovulsun".
"Fanatların sevgisini qazanmağın tək yolu var - hamınız istefa verib gedin. Heç kimə kubok lazım deyil".
"Daha deyilməyən söz, söyülməyən söyüş qalmayıb".
"İstefa verin, nolar, qurban olum".
"Kubokdakı oyunun heyfini çıxdılar. "Neftçi" azarkeşi olaraq utanıram".
XANOĞLAN / SPORTİNFO.AZ

