"Kəpəz" Gəncə şəhər stadionunun acınacaqlı durumda olması səbəbindən oyunlarını Qəbələdə keçirir.
Amma buna rəğmən bir qisim fanat 2.5 saatlıq məsafədə yerləşən məkanda da komandalarını tək buraxmırlar.
Lakin son oyunda mənzərə o qədər də ürəkaçan deyildi.
Belə ki, "Sabah"la qarşlaşmada (0:3) komandanın qapı arxasında dəstəkləyən tərəfdarların sayı heç 50 nəfər də deyildi.
Bu, heç də səbəbsiz deyilmiş. Klub rəhbərliyi əvvəlki matçlardan fərqli olaraq bu dəfə azarkeşlərin Qəbələyə gəlməsi üçün avtobuslar ayırmayıb.
Atılan addımın səbəbi isə "Sumqayıt"la oyunda yaşanan qalmaqaldı.
Gəncə təmsilçisinin bəzi azarkeşləri həmin görüşdə qonaqların futbolçu və məşqçi heyətinə su butulkaları atmaqla yadda qalmışdı.
Gəncəlilərin bu addımından qəzəblənən "Kəpəz" rəhbərliyi bu addımla onları cəzalandırmağı qərara alıb.
XANOĞLAN / SPORTİNFO.AZ

