"Neftçi"ni gözləyən TƏHLÜKƏ barədə bir neçə söz

30 Aprel 2023 22:00 Azarkeş 1 397
"Neftçi"ni gözləyən TƏHLÜKƏ barədə bir neçə söz

"Turan Tovuz" ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi"yə məğlub olmaqla (1:0, 0:2) finala çıxmaqdan məhrum oldu.

Cavab qarşılaşmasının son dəqiqələri daha dramatik keçdi. Hakimin oyuna artırdığı 5 dəqiqədə iki qol vuran bakılılar bölgə klubuna şok yaşatmış oldular.

Amma iş bununla da bitmədi. Gərginlik final fitindən sonraya kimi davam etdi.

Öncə Emin Mahmudovun qolundan sonra "ağ qaralar"ın tərcüməçisi Vüqar Əliyev tovuzluların ehtiyat skamiyasında oturanlara qarşı qeyri-etik jest etməklə yadda qaldı.

Final fitindən sonra isə Voyislav Stankoviçin qonaqlar olan tribunaya qarşı tərbiyəsiz jesti fanatları özündən çıxardı.

Məğlubiyyətdən çox hörmətsizlikdən qəzəblənən qərb təmsilçisinin futbolçuları və fanatları növbəti ev oyununa xüsusi hazırlaşır.

Çünki rəqib məhz "Neftçi"dir. Onlar Bakıda hörmətsizliyin cavabını Tovuzda artırqlaması ilə verməyə hazırlaşırlar.

Tərəflər arasında növbəti qarşılaşma 7 may tarixində keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!