Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən "Neftçi"nin ölkə kubokundan kənarda qalması da an məsələsi idi. Emin Mahmudov olmasaydı və ya tovuzlular bir qədər təcrübəli olsaydı.
Bir sözlə, "Turan" üzərində qələbə qəhrəmanlıq sayıla bilməz. Ki, meydanda "Neftçi" adına yaraşan futbol görmədik.
Heç azarkeş də. Təsəvvür edin ki, ölkənin ən köklü klubu doğma meydanda səfər havası yaşadı.
10 mindən çox azarkeş tutumu olan "Baksel Arena"nın yarısı dolmamışdı.
Gələn tərəfdarların minimum yarısı tovuzlu fanatlar idi. Elə 90 dəqiqə ən çox səsi eşidilən də onlar oldu.
Əbəs deyil ki, qonaqların futbolçuları səfərdə oynadıqlarını hiss etmədiklərin oyundan sonrakı açıqlamalarında dilə gətiriblər.
Elə bu fakt özü bir daha göstərir ki, "Turan" qələbəsi "Neftçi" fanatları üçün ümid işığı ola bilməz.
Küsənləri qaytarmaq üçün parlaq futbol, böyük nəticələr lazımdır.
Regekampfın yetirmələri də yayda yığılan kollektivi yazda it zülmü ilə udmağın həyəcanın yaşayır. Buna həyəcan demək olarsa.
Deyəsə, "ağ qaralar" bu gedişlə "evdə səfər havası"nı hələ çox dadacaq.
XANOĞLAN İMANOV

