"Neftçi" fanatları sevimli komandaları üçün bunu da etdi - VİDEO

26 Aprel 2023 19:00 Azarkeş 878
"Neftçi" fanatları sevimli komandaları üçün bunu da etdi - VİDEO

"Neftçi" 3 oyundu qələbə üzünə həsrətdir.

Azərbaycan Premyer Liqasında "Qəbələ"yə uduzan (1:2), "Səbail"lə bərabərə qalan (1:1) Lorentsiu Regekampfın komandası ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə də meydanı başıağı tərk etdilər - 0:1.

Xüsusilə son məğlubiyyət "ağ qaralar"ın tərəfdarların üzdü.

Amma ümid hələ də itməyib. Onlar belə gündə də komandalarına inamlarının itmədiyini bu gün "Baksel Arena"nın yolunu tutmaqla göstəriblər.

Belə ki, sadiq fanatlar 2 gün sonra doğma meydanda cavab görüşünə çıxan sevimli komandalarını məşqdə tək qoymayıblar.

"Baksel Arena"da keçirilən məşqdə əla atmosfer yaratmaqla onlara güc verməyə çalışıblar. Bunun nə dərəcədə effektiv olacağını oyun günü görəcəyik.

Hələlik isə həmin anları aşağıdakı linkdə sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!