"Kapital Bank Arena"nın qapıları "Sumqayıt"lı azarkeşlərin üzünə bağlandı - FOTO FAKT

23 Aprel 2023 18:10 Azarkeş 1 716
"Kapital Bank Arena"nın qapıları "Sumqayıt"lı azarkeşlərin üzünə bağlandı - FOTO FAKT

Azərbaycan Premyer Liqasının 31-ci turuna bu gün yekun vurulacaq.

Turun son matçı Sumqayıtda keçirilir.

Burada meydan sahibləri "Qəbələ"ni qonaq edir.

Qarşılaşmaya böyük maraq var. Matçının keçirildiyi "Kapital Bank Arena"nın tribunaları tam dolub.

Hətta çox sayda azarkeşin üzünə stadionun qapıları bağlanıb.

Boş yerin qalmadığını görə polis əməkdaşları bu addımı atmağa məcbur qalıb.

Hazırda ilk hissəsi oynanan oyunda hesabın açılmadığını bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!