"Neftçi"ni "sındıranlar" klub idarə edir"

22 Aprel 2023 17:40 Azarkeş 1 425
"Neftçi"ni "sındıranlar" klub idarə edir"

“Neftçi”nin Azərbaycan kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”a məğlubiyyəti (0:1) klubun televiziya kanalında geniş müzakirə olunub.

Məğlubiyyətin səbəbləri araşdırılarkən veriliş boyu daha çox hakim səhvləri qabardılıb. Hətta “fit sahibi”nin qərarlarının Regekapfın yetirmələrini “sındırması” belə iddia olunub.

Və bu azarkeşlərin ciddi narazılığına səbəb olub.

Belə ki, klubun rəsmi feysbuk hesabından paylaşılan posta çox sayda izləyici şərh yazaraq Tovuzdakı fiaskonun əsl səbəblərinin başqa olmasını dilə gətiriblər:

"Neftçi"ni sındıranlar klub idarə edir".

"Gəlin, obyektiv olaq. "Neftçi" Tovuzda nə oyun göstərdi ki? Komanda bir qol epizodu yaratmırsa, müdafiə uşaq səhvi edib qol buraxırsa günahkar bütün oyunçular, məşqçilər və yarıtmaz rəhbərlikdir".

"Nə gəldi danışmaq lazım deyil. Həm oyun "Neftçi" çox zəif oynadı".

"Axı hansı "Neftçi"dən danışırsız? Region Liqada komandalar indiki "Neftçi"dən yaxşı oynayır".

"Sizin canıvız bəsdi... Deyin, komanda oynamadı, qaçmadı, oyun verdi və.s. Biz də sizinlə razılaşaq".

"Neftçi"ni hakimlər yox, Kamran sındırıb".

"Qapıya zərbə endirə bilmədik, nə hakim?".

"Özünüzü güldürməyin. Belə oyunla məğlubiyyəti hakimin üstünə atmayın".

"Turan" "Neftçi"dən daha yaxşı oynayırdı. "Neftçi" 90 dəqiqə rəqib qapısına bir zərbə vurmayıb, hansı hakim sındırmağından danışırsız? Bu büdcə, bu heyətlə Kamran Quliyevə haqq qazandırmayın".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!