"Sabah" - "Qarabağ" matçı üçün 7000 adam...

18 Aprel 2023 00:40 Azarkeş 850
"Sabah" - "Qarabağ" matçı üçün 7000 adam...

Premyer Liqada XXX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Sabah” bu turda evdə “Qarabağ”la qarşılaşıb.

“Bank Respublika Arena”da baş tutan və Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşə azarkeşlər tərəfindən böyük maraq olub.

Belə ki, qarşılaşmanı 7000 tamaşaçı tribunalardan canlı izləyib ki, bu da çempionatın XXX turunun ən yüksək, cari mövsümün isə ikinci ən yaxşı göstəricisidir.

Cari mövsümün rekordu da məhz Masazırda, çempionatın XIV turu çərçivəsində baş tutmuş “Sabah” – “Qarabağ” oyununda (0:0) qeydə alınmışdı – 10000 tamaşaçı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"