"Sumqayıt" oynadı, "Neftçi" uddu" – XOŞ QARŞILANDI

10 Aprel 2023 17:00 Azarkeş 776
"Sumqayıt" oynadı, "Neftçi" uddu" – XOŞ QARŞILANDI

“Sumqayıt” Premyer Liqanın 29-cu turunu məğlubiyyətlə başa vurdu.

Doğma meydanda “Neftçi”ni qəbul edən “Kimyaçılar” darmadağınla qarşılaşdılar – 0:4.

Amma yekun hesaba baxmadan oyunu izləyən kimsə belə məğlubiyyətə inanmaz.

Həqiqətən də həmin gün meydanda bir komanda vardı – “Sumqayıt”.

Xüsusi ilə “Ağ qaralar”ın ikinci qolu vurduğu ana kimi Samir Abasovun yetirmələri ən xoş sözlərə layiq idi.

Güclü rəqibini tamamilə öz qapısına sıxışdıran “Sumqayıt” aramsız hücumlarla yadda qalırdı. Düzdü, real qol epizodu az idi, amma yox deyildi.

Gah bəxt, gah da ustalıq səviyyəsi fərqlənməyə mane olurdu. Elə İvan Brkiçin də xidmətləri az deyildi.

Bəlkə də kimsə düşünər ki, belə hesabla uduzan komandaya nə tərif? Bəli, hesaba görə qəribə görünməsi normaldı.

Ancaq bu tərifi təkcə mən demirəm. Yerli tərəfdarlar da sevimli komandalarının məğlubiyyətinə rəğmən performanslarından razı qalıblar.

Bunu klubun sosial şəbəkə hesablarına gələn şərhlərdən də aydın görmək olar. Yəni, irihesablı məğlubiyyətə rəğmən fanatların da əksəriyyəti futbolçuların mübarizəsindən razı qalıb, ünvanlarına xoş sözlər yağdırıblar.:

"Sumqayıt" oynadı, "Neftçi" uddu. Xüsusən hücumda bitirici problemi var".

"Çox heyf, pis oynamadılar. Sadəcə, təcrübə çatmadı qol vurmağa. "Neftçi" 4 hücumu 4 qolla tamamladı".

"Mənim şəxsən bu oyun çox xoşuma gəldi. "Sumqayıt" "Neftçi"nin qapısında oturmuşdu".

"İkinci qola kimi oyun "Sumqayıt"ın tam üstünlüyü ilə keçdi. Heyf ki, əks hücumda qol buraxdılar".

"Yaxşı oyun oldu. Çox heyf ki, uduzduq. Belə oyunla uduzmaq çox pis təsir edir".

"Vallah, "Sumqayıt" əla oynadı. Sadəcə, alınmadı".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!