Anlaşılmaz "istefa" çağırışına məntiqli REAKSİYA

10 Aprel 2023 16:00 Azarkeş 1 193
Anlaşılmaz "istefa" çağırışına məntiqli REAKSİYA

"Turan Tovuz" Premyer Liqanın 29-cu turunu 1 xalla başa vurdu.

Doğma meydanda "Şamaxı"nı qəbul edən qərb təmsilçisi 1-1 hesablı heç-heçəyə razılaşdı.

Oyunun sonlarında isə meydan sahiblərinin bəzi azarkeşləri məntiqi izahı olmayan addımla yadda qaldılar.

Belə ki, müəyyən bir kütlə baş məşqçi Ayxan Abbasovu istefaya səslədi.

9 ildən sonra Premyer Liqaya qayıdan və ilk ilindəcə ilk "altılıq"da qərar tutan, yüksək liqada qalmağı 90% qışa kimi həll edən bir klubun baş məşqçisinin istefa şuarına qonaq edilməsini anlamaq üçün insan xüsusi istedada sahib olmalıdır.

Elə sosial şəbəkələrdə yazılan şərhlərin böyük əksəriyyəti də tovuzlu azarkeşlərin atdığı addımı qınamağa yönəlib.

Həmin fikirlərdən bəzilərin sizə təqdim edirik:

"İstefa" şüarlarını anlamadım. Azarkeşlər bu mövsüm komandadan nə gözləyirdilər? Əsas məsələ Premyer Liqada yerimiz qorumaq idi, o baxımdan da rəqiblərimizdən öndəyik. Komanda kubokun yarımfinalına çıxıb. Bir şeyi başa düşmək lazımdır ki, komandanın heyəti yetərli deyil. Yerlilər baxımından ən zəif heyət bizdədir. Bu gündə meydanda olan futbolçuların bəziləri Premyer Liqalıq deyil. Bəli, oyun planında çatışmazlıqlar var, amma "Neftçi" ilə önəmli kubok oyunu qabağı bu şüarın yeri deyildi. 5-6 legionerin hesabına nəsə edir komanda. Növbəti mövsümü gözləmək və o mövsümə görə, dəyər vermək lazımdır".

"İstefa şuarlarının məqsədi nədir ki? Doqquz il yüksək liqada olmayan klub birdən-birə çempionluğa oynamalıdır? Ayxan Abbasov klub üçün çox işlər görür. Qədrin bilmək lazımdır".

"Burada baxıram bir çoxu istefadan dəm vurur. Oyunu izlədim, həqiqətən də "Turan" yaxşı oynamadı. Amma gəlin düşünək bu il biz Ayxandan nə gözləyirdik? Yerli oyunçu baxımından çempionatın ən zəif komandasıyıq. Bu zamana qədər komanda yaxşı oyunlarda göstərdi. Gərək doğrunu da deyək. Biraz səbrli olmaq lazımdır. İnşallah ki gələn mövsüm daha yaxşı oyunçuları transfer edə bilərik. Hal hazırki heyyətlə bu qədər etmək olar".

"Xeyr, istefa lazım deyil komanda komplektleşdirilməlidir. İlk il üçün nəticələr pis deyil. Bu oyunçularla bundan artığı mümkün deyil".

"Bu komandanın arxasında durmaq lazımdır. Hər şey daha da yaxşı olacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!