"Neftçi" rəhbərliyi onu komandadan göndərəcək, yoxsa... - QALMAQAL BÖYÜYÜR

22 Noyabr 2021 11:48 Azarkeş 3 144
"Neftçi" rəhbərliyi onu komandadan göndərəcək, yoxsa... - QALMAQAL BÖYÜYÜR

"Neftçi"nin "Sabah"la görüşdə məğlubiyyəti komanda daxili ab-havanı tamamilə korlamış oldu.

"Sabah"a kimi "Qarabağ"a darmadığınla (0-4) uduzan və "Keşlə" ilə matçda 2-0-lıq üstünlüyünü əldən verən (2-3) komandadan azarkeşlərin ciddi narazılığı onsuz da vardı.

Amma "Sabah"la oyundakı məğlubiyyətdən sonra yaşananlar fanatların səbr kasasını daşırmış oldu. Əsas tənqid hədəflərindən biri də Mirabdulla Abbasovdur.

Buna səbəb hücumçunun qarşılaşmadan sonra məğlubiyyətə rəğmən azarkeşlərə cavab qaytarması olub.

Artıq fanatlar bu oyunçunun komandandan qovulmasını tələb edir. Saytımız vasitəsilə "Neftçi" rəhbərliyinə səslənən komandanın ən böyük azarkeş qrupunun rəhbəri Sübhan Əliyevi dinləyək: "Saytınız vasitəsilə azarkeşlərimiz adından da deyirəm ki, Mirabdulla adında futbolçu bizim üçün öldü. Yaxın 2-3 gündə rəhbərlik onu göndərərsə, bu, onların başdarının ucalığı olacaq. Yox, əksi olacaqsa rəhbərlik bizim üçün azarkeşi atıb futbolçunun tərəfini tutan kimi görünəcək.

Onsuz da Abbasovun komandada qalıb-qalmamasından asılı olmayaraq onun bundan sonra "Neftçi"də varlığı ilə yoxluğunun bizim üçün heç bir fərqi olmayacaq. Bundan sonra bombardir olsa da bizim üçün fərqi yoxdur. Qarşıdakı oyunlarda meydanda olsa, birvaxtlar Araz Abdullayevin qarşılaşdığı təzyiqlərlə qarşılaşacaq. Bizim yaxınımıza belə daha gəlməsin".

Maraqlıdır, "Neftçi" rəhbərliyi qarşıdakı 2-3 gündə hücumçusu ilə bağlı hansı qərarı verəcək? Görəsən, azarkeşlərin tələbi yerinə yetiriləcəkmi? Hər halda ortada Araz Abdullayev nümunəsi var. Və bu heç də xoş gələcəkdən xəbər vermir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"