Premyer Liqanın üçüncü turunda yeni mövsümün ilk derbisi baş tutdu.
«Kəpəz» və «Turan Tovuz» qərb duelində üz-üzə gəldi.
Tovuzda nominal ev sahibi kimi meydana çıxan «sarı-göylər» böyük hesabla uduzdu.
Xəyal Nəcəfov, Roderik Miller və Kristian da Silvanın vurduğu qollar «Turan»a 3:0 hesablı qələbə qazandırdı.
Matçdan sonra stadionda maraqlı anlar yaşanıb. Tovuzlu azarkeşlər meydanı üzgün halda tərk edən «Kəpəz»in futbolçularına ürək-dirək verib.
Onlar nümunəvi hərəkət edərək, gəncəli oyunçuları alqışlar altında paltardəyişmə otağına yola salıblar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: