UEFA-dan "Neftçi" azarkeşlərinə qadağa

16 İyul 2021 10:40 Azarkeş 2 741
UEFA-dan "Neftçi" azarkeşlərinə qadağa

Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" - "Dinamo" Tbilisi arasında baş tutan cavab görüşündən öncə yerli fanatlar UEFA-nın qadağası ilə üzləşib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, son çempionun ən böyük Azarkeş qrupu olan "Forza Neftçi" Vətən Müharibəsində şəhid olan azarkeşlərin xatirəsini hazırladıqları böyük pankartla yad etməyi planlayıb.

Ancaq UEFA-dan gələn qadağa xəbərdarlığı bütün planları pozub. Belə də fanatlar kluba ziyan dəyməsin deyə UEFA-nın tələbinə əməl ediblər.

Oyun "Neftçi"nin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Səfər matçında da eyni hesabla qələbə qazanan Samir Abasovun yetirmələri Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlməyi bacarıblar.

Burada isə rəqib Yunanıstan çempionu "Olimpiakos"dur.

Xəbər Lenti