"Azərbaycan millisi güclü komandadır" - MİXAL DURİŞ

5 Dekabr 2019 18:07 AÇ-2020 1 126
"Azərbaycan millisi güclü komandadır" - MİXAL DURİŞ

"Azərbaycanla görüşdə qalib gəlməyi bacardıq. Bu oyun bizim üçün çox önəmli idi. Heyf ki, bu qələbə həlledici olmadı" - bu sözləri Sportinfo.az-a açıqlamasında Slovakiya millisinin üzvü Mixal Duriş deyib.

Slovakiya millisinin şərəfini qoruyan 31 yaşlı futbolçu AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunları haqda danışıb. 2012-ci ildən millidə çıxış edən Duriş Bakıda milli komandamıza qarşı oynamasa da, Trnavada (2:0) yığmamıza qarşı görüşdə meydana çıxıb. O, millimiz haqda bunu deyib: "Azərbaycan millisinin güclü komanda olduğunu düşünürəm. Amma hər iki oyunda da qalib gəlməyi bacardıq. Bakıda böyükhesabla qalib gəlsək də, asan oyun olmamışdı. Sadəcə, bizim zərbələr dəqiq alınmışdı. Sizin millinin heyətində də yaxşı futbolçular oynayır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!