"Çox güman ki, İsveçrə klubunun potensial rəqiblərindən biri "Qarabağ" olacaq"

1 İyun 2023 00:30 AÇ-2020 1 381
"Çox güman ki, İsveçrə klubunun potensial rəqiblərindən biri "Qarabağ" olacaq"

İsveçrədə "Yanq Boyz"un qarşıdakı mövsüm Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müzakirə edilərkən "Qarabağ" da diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, "BZ Langenthaler Tagblatt" portalı "Qarabağ"ın "Ferentsvaroş"la eyni gücdə olduğunu qeyd edib:

"Yanq Boyz" Çempionlar Liqasına avqustda pley-off mərhələsindən başlayacaq. Çox güman ki, İsveçrə klubunun potensial rəqibləri "Ferentsvaroş", "Qarabağ", "Slovan" və "Antverpen" olacaq.

Hamısı eyni gücdə olan komandalardır. "Yanq Boyz"un ən azı Avropa Liqasının qrup mərhələsində oynayacağı artıq bəllidir".

Azərbaycan çempionu avrokuboklar yoluna Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti