AFFA “WhatsApp”da çempionat keçirdi - FOTO

10 İyun 2020 16:00 AÇ-2020 1 045
AFFA “WhatsApp”da çempionat keçirdi - FOTO

AFFA AVRO-2020-nin könüllüləri üçün ilk dəfə “Online İntellektual” çempionatı keçirib.

Sportinfo.az xəbər verir ki, 4 mərhələdən ibarət yarış bir ay ərzində təşkil edilib.

İştirakçılar onlayn form link vasitəsilə təqdim olunan sualları 5 dəqiqə ərzində cavablandırıblar. Turnir “WhatsApp” mobil tətbiqi üzərindən təşkil olunub.

1700 könüllünün qatıldığı yarışda ilk "10-luq"da yer alanlar müəyyənləşib. Bu aydan növbəti oyuna start veriləcək. Hər ayın qalibləri böyük finalda iştirak hüququ qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti