Xarici klubun baş məşqçisi azərbaycanlı yeni transferi təriflədi: “Əladır”

27 Yanvar 11:00 AÇ-2020 1 254
Xarici klubun baş məşqçisi azərbaycanlı yeni transferi təriflədi: “Əladır”

“Rahil Avropa səviyyəsində əla oyunçudur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında LKS-in (Polşa) baş məşqçisi Pyotr Stokovets yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov barədə danışarkən deyib.

Polşalı mütəxəssis 29 yaşlı müdafiəçinin sürətli və aqressiv oyunçu olduğunu söyləyib:

“Oyunu yaxşı oxuyur. O, müasir müdafiəçiyə xas olan bütün keyfiyyətlərə malikdir”.

52 yaşlı çalışdırıcı bildirib ki, komandasına məhz R.Məmmədov kimi müdafiəçi lazım idi:

“Şadam ki, o, bizə qoşulub və komandamızın keyfiyyətini artırıb. Rahilin necə çalışdığını, işə münasibətini və məsuliyyətini görürəm. Bütün bunlar olduqca ümidvericidir”.

Rahil Məmmədov LKS klubu ilə 1,5 illik müqavilə imzalayıb. “Neftçi”nin yetirməsi olan futbolçu son olaraq “Qarabağ”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı