“The Sun” ŞOK XƏBƏR yaydı: Avro-2020 Bakıdan alına bilər

16 Oktyabr 2020 12:30 AÇ-2020 1 090
“The Sun” ŞOK XƏBƏR yaydı: Avro-2020 Bakıdan alına bilər

Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayı azaldıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.

2021-ci ilin yayına planlaşdırılan qitə çempionatının əvvəldən nəzərdə tutulduğu kimi 12 şəhərdə keçirilə bilməyəcəyi qeyd olunub:

“Ən pis halda bir ölkədə dörd stadiondan istifadə ediləcək. "Uembli"də (İngiltərə) üç qrup matşı olmaqla, yarımfinal və final da daxil olmaqla yeddi oyun olacağı gözlənilir.

Turnir mütləq keçiriləcək, çünki UEFA televiziya şirkətlərindən milyonlar alacağını planlaşdırır. Rəhbərlik ümid edir ki, azarkeşlər matçlarda iştirak edə biləcəklər.

Bununla yanaşı, bəzi yerlər risk altındadır. Buna görə də UEFA səyahətləri azaltmaq istəyir. Ermənistan – Azərbaycan münaqişəsinə görə Bakı, bundan başqa, Sankt-Peterburq kimi şəhərlər siyahıdan ilk çıxarılanlardan olacaq. Bilet satışı problemi olan İspaniyanın Bilbao şəhəri də bu siyahıdadır.

Nəşrin yazdığına görə, qarşıdakı bir neçə ay ərzində məsələ ilə bağlı əlavə görüşlər planlaşdırılır.

AFFA-nın mətbuat xidmətindən bildirilib ki, Bakının Avro-2020-nin ev sahibliyindən kənarlaşdırılacağı haqda onlara rəsmi müraciət olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti