"Salam, uşaqlar! Xəstəxanadan qayıtdım" - De Brüynenin son durumu

31 May 2021 01:38 AÇ-2020 1 215
"Salam, uşaqlar! Xəstəxanadan qayıtdım" - De Brüynenin son durumu

"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne zədəsinin son durum haqda məlumat verib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının finalında "Çelsi" ilə oyunda (0:1) zədələnən belçikalı yarımmüdafiəçi "İnstaqram" səhifəsində yazıb:

"Salam, uşaqlar. Xəstəxanadan qayıtdım. Mənə burun sümüklərinin və sol orbitin qırılması diaqnozu qoyulub.

İndi özümü yaxşı hiss edirəm. Nəticəyə görə məyusuq, amma biz qayıdacağıq".

De Brüyne 56-cı dəqiqədə zədələnib və məcburi əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!