ŞAD XƏBƏR: "Hazırda vəziyyəti dərk edirik və bizim də planlarımız var"

3 İyul 2020 21:00 AÇ-2020 1 230
ŞAD XƏBƏR: "Hazırda vəziyyəti dərk edirik və bizim də planlarımız var"

UEFA prezidenti Aleksandr Çeferin maraqlı açıqlamaları ilə diqqətləri çəkib.

Sportinfo..az xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasına görə ertələnən AVRO-2020 oyunların azarkeşlərlə keçiriləcəyini bildirib.

Bununla bağlı əminliklə danışan Çeferin görüşlərin tamaşaçılarla keçiriləcəyi məsələsində 1 milyon dollardan mərcə girə biləcəyini də dilə gətirib:

"AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyinə dair 1 milyon dollardan mərcə girə bilərəm. Hazırda vəziyyəti dərk edirik və bizim də planlarımız var. Əər birinci və ikinci dünya müharibələri futbola mane ola bilmədisə, virus da buna əngəl ola bilməyəcək".

Koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti