"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkon klub rəhbərliyinə təklif irəli sürüb.
Yanvarın əvvəlində "ağ-qaralar"ın sükanı arxasına keçən ukraynalı maaşının bir qədər azaldılması təşəbbüsü irəli sürüb.
Təbii, onun pulu çox düşməyib və məqsədi başqadır. 49 yaşlı çalışdırıcı həmin vəsaitlə özünə daha bir köməkçəi götürmək istəyir.
Demçenko yaxşı tanıdığı mütəxəssislərdən birini Azərbaycan gətirmək niyyətində olduğunu bildirib və fikrində yetərincə israrlıdır. Hesab edir ki, mövcud korpusla işləmək ona çətinlik yaradacaq.
Demçenkonun yerli köməkçiləri Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılovdur.
Sonuncunun bu «dəstə»dən ayrılması gündəmdədir. Üç ildir burada çalışan İsmayılov daha gündəlik məşq prosesində iştirak etməyə həvəs göstərmir.
Onun klubda rəhbər vəzifələrdən birinə keçirilməsi müzakirə mövzusudur.
Millinin və «Qarabağ»ın sabiq yarımmüdafiəçisi Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla münasibətləri çox yaxşıdır. Odur ki, İsmayılovun müşavir kimi fəaliyyətə başlaması istisna edilmir.
"Ağ-qırmızılar"la 5 ay+1 illik müqavilə bağlamış Demçenko ilk gündən arzuladığı korpuusu formalaşdırmaq niyyətində olsa da, "yox" cavabı alıb. Əsas istəyi klub rəhbərliyi tərəfindən qəbul olunmayıb.
Özüylə bura 4 köməkçi gətirməyi planlaşdırmış Desçenkoya bildirilib ki, bunun üçün ona büdcə ayırlmayacaq.
Yəni ki, öncədən maaş fondu nə qədər müəyyənləşdirilibsə, ondan kənara çıxmaq mümkün olmayacaq.
Demçenko bu şəraitdə işləməyə çətinlik çəkəcəyini söyləyib və son olaraq maaşının azaldılması qarşılığında belə bir təklif irəli sürüb.
Müharibənin getdiyi ölkəsinə dönməkdən çəkinən çalışdırıcı hələlik Rikkardo De Vivonu Azərbaycana gətirib.
O, fiziki hazırlıq üzrə köməkçi kimi işə başlayıb. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu "Dinamo"(Tbilisi) olub.
İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarda işləyib.
SPORTİNFO.AZ


