Klub rəhbərliyi yeni gətirdiyi baş məşqçinin bu istəyinə  “YOX” dedi

7 Yanvar 15:00 Araz-Naxçıvan 2 205
Klub rəhbərliyi yeni gətirdiyi baş məşqçinin bu istəyinə  “YOX” dedi

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkonun əsas istəyi klub rəhbərliyi tərəfindən qəbul olunmayıb.

Bugünlərdə "ağ-qırmızılar"la 5 ay+1 illik müqavilə bağlamış ukraynalı arzuladığı korpuusu formalaşdırmaq niyyətində olsa da, "yox" cavabı alıb.

Özüylə bura 4 köməkçi gətirməyi planlaşdırmış mütəxəssisə bildirilib ki, bunun üçün ona büdcə ayırlmayacaq.

Yəni ki, öncədən maaş fondu nə qədər müəyyənləşdirilibsə, ondan kənara çıxmaq mümkün olmayacaq.

Demçenko bu şəraitdə işləməyə çətinlik çəkəcəyini söyləyib, amma kimdlr ona qulaq asan? Deyiblər, vəziyyət budur, özün bilərsən.

Müharibənin getdiyi ölkəsinə dönməkdən çəkinən çalışdırıcı sonda Rikkardo De Vivonu Azərbaycana gətirməklə kifayətlənmək məcburiyyətində qalıb.

O, fiziki hazırlıq üzrə köməkçi kimi işə başlayıb. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu "Dinamo"(Tbilisi) olub.

İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarda işləyib.

Demçenkonun digər köməkçiləri Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılovdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti