"Omoniya" ilə matçdan öncə mətbuat önünə çıxacaq

6 Avqust 04:00 Araz-Naxçıvan 9
"Omoniya" ilə matçdan öncə mətbuat önünə çıxacaq

Konfrans Liqasının III mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" matçından əvvəl avqustun 6-da keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev 18:30-da mətbuat önünə çıxacaq.

"Omoniya"nın çalışdırıcısı Henninq Berqin mətbuat konfransına 19:20-də start veriləcək.

"Araz-Naxçıvan"
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

"Omoniya"
Saat 19:20. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransları və açıq məşqlər "Dalğa Arena" da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 17:30 Çək və bizə göndər!
7 Avqust 04:50 Bunlar da belə deyir...