Elmar Baxşıyev “Araz”da iki futbolçuya xəbərdarlıq etdi

6 Avqust 19:40 Araz-Naxçıvan 1 438
Elmar Baxşıyev “Araz”da iki futbolçuya xəbərdarlıq etdi

“Araz-Naxçıvan” Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyun Bakıda baş tutacaq ki, iki futbolçu son dərəcə diqqətli olmalıdır.

Söhbət Bəxtiyar Həsənalızadə ilə Ba-Muaka Simakaladan gedir.

Bu futbolçular “Aris”lə hər iki qarşılaşmada sarı vərəqə aldıqları üçün cəza sərhəddindədir.

UEFA-nın yenilənmiş qərarlarına əsasən, təsnifat mərhələsində üç sarı vərəqə alan futbolçu(lar) növbəti görüşdə meydana çıxmaqdan məhrum olur.

Bəxtiyarla Simakaladan hansısa biri, yaxud hər ikisi “Omoniya” ilə Bakıdakı dueldə “sarı” alsa, səfərdəki cavab oyununda iştirak edə bilməyəcək. Baş məşqçi Elmar Baxşıyev hər ikisinə son dərəcə diqqətli olmağı tapşırıb.

Avqustun 7-də “Liv Bona Dea Arena”da baş tutacaq matç saat 20:00-da start götürəcək.

Cavab görüşü bir həftə sonra Kiprdə keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?