
Avrokuboklarda uğurlu debüt edən «Araz-Naxçıvan»ın qazancı məlum olub.
Konfrans Liqasında yarışan «ağ-qaralar»a 200 min manat ayrılıb.
«Aris»i ikinci təsnifat mərhələsindən uzaqlaşdıran Premyer Liqanın bürünc medalçısı bu pulu Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan alacaq. Bu regiondan olan digər iş adamlarının da komandaya «ənam» verməsi gözlənilir.
Muxtar Respublika təmsilçisi Mərdəkanda keçirilən ilk oyunda yunanlara 2:1 hesabıyla qalib gəlib. Salonikidə təşkil olunan cavab görüşü də heç-heçə bitib - 2:2.
«Araz-Naxçıvan» yarışın üçüncü təsnifat mərhələsində «Omoniya» ilə üz-üzə gələcək.
Avqustun 7-də "Dalğa Arena"da keçiriləcək matç saat 20:00-da start götürəcək. Cavab oyunu 1 həftə sonra Kiprdə olacaq.
SPORTİNFO.AZ