Kiprin komandası “Araz-Naxçıvan”ın bu istəklə “qapsını döydü”

5 Avqust 16:00 Araz-Naxçıvan 1 129
Kiprin komandası “Araz-Naxçıvan”ın bu istəklə “qapsını döydü”

Konfrans Liqasında III mərhələyə yüksələn “Araz-Naxçıvan”ın növbəti rəqibi Kipr təmsilçisidir.

Naxçıvanlılar pley-offa vəsiqə qazanmaq yolunda “Omoniya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Rəqib komanda Bakıda dəstəksiz qalmayacaq.

Belə ki, Nikosiyadan Bakıya 20-yə yaxın azarkeş gələcək.

Kipr klubu qonaq fanatlara məhz bu sayda yerin ayrılması ilə bağlı “Araz-Naxçıvan”a müraciət edib.

Oyunu işıqlandırmaq üçün 4-5 jurnalistin Bakıya səfəri də nəzərdə tutulub.

Avqustun 7-də komandalar arasında “Liv bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”
5 Avqust 17:30 Çək və bizə göndər!