Avropa ölkəsinə ŞOK yaşadan Azərbaycan komandası geri qayıdarkən... VİDEO

02:10 Araz-Naxçıvan 203
Avropa ölkəsinə ŞOK yaşadan Azərbaycan komandası geri qayıdarkən... VİDEO

Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) cavab matçında heç-heçə edən "Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Ev sahiblərinin heyətində Fabiano Leysman (62) və Monçu (90) fərqlənib. Naxçıvan klubundan isə Çarlz Boli (11) və Felipe Santos (38) rəqib qapısının torunu silkələyib.

"Araz-Naxçıvan"ın müdafiəçisi İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Rəqibin heyətində isə Fabiano Leysman 90+8-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.

Elmar Baxşıyevin komandası Konfrans Liqasının III təsnifat mərhələsində Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.

Bu komandalar arasında ilk görüş avqustun 7-də, saat 20:00-da. “Dalğa Arena”da, cavab matçı isə avqustun 14-də səfərdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 18:10 Çək və bizə göndər!