"Omoniya"nın baş məşqçisi "Araz-Naxçıvan"ı bəyəndi: “Yaxşı komandadır"

2 Avqust 23:20 Araz-Naxçıvan 456
"Omoniya"nın baş məşqçisi "Araz-Naxçıvan"ı bəyəndi: “Yaxşı komandadır"

"Bu performansımızdan çox razıyıq.

İlk oyunda yaxşı oynadıq, amma lazım olan qədər qol vura bilmədik.

Bu matç daha balanslı keçdi, vurduğumuz qollarda keyfiyyət göstərdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq deyib.

Norveçli mütəxəssis 2-ci mərhələnin cavab oyunu çərçivəsində "Torpedo"ya (Gürcüstan) qalib gəldikləri (4:0) matçdan sonra fikirlərini bölüşüb.

Sözügedən oyun bitərkən "Araz-Naxçıvan"la "Aris"in (Yunanıstan) Salonikidə keçirilən görüşü davam etdiyindən baş məşqçi hər iki komanda ilə bağlı danışıb:

"Növbəti mərhələdə daha yaxşı komanda ilə oynayacağıq. Bəlkə də "Aris"lə oynadıq. Amma onların mərhələni keçib-keçməyəcəyini bilmirəm.

"Araz-Naxçıvan" da yaxşı komandadır. Biz bilirik ki, futbolda hər şey ən son nəticələrə görə dəyərləndirilir".

Bakıda "Aris"ə 2:1 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" Yunanıstanda qeydə alınan 2:2 hesabından sonra 3-cü mərhələyə yüksəlib və "Omoniya"ya rəqib olub

. Azərbaycan təmsilçisi ilk matçını avqustun 7-də Bakıda, cavab görüşünü avqustun 14-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 18:10 Çək və bizə göndər!