Avropanı bir-birinə vuran klubumuzdan gələn BU XƏBƏR hər kəsi sevindirəcək!

2 Avqust 21:20 Araz-Naxçıvan 851
Avropanı bir-birinə vuran klubumuzdan gələn BU XƏBƏR hər kəsi sevindirəcək!

“Araz-Naxçıvan”la “Aris” arasındakı oyunlar gərginliyi ilə yadda qaldı.

Bakıdakı qarşılaşmada futbolçularımıza 7, səfərdəki dueldə 8 sarı və 1 qırmızı vərəqə göstərildi.

İqor Ribeyronun “Omoniya” ilə Bakıdakı matçda iştirak etməyəcəyi dəqiqdir.

Bəziləri elə düşünür ki, hər iki oyunda “sarı” ilə cəzalanan Bəxtiyar Həsənalızadə ilə Ba-Muaka Simakala da növbəti görüşü kənardan izləyəcək.

Ancaq yox.

UEFA-nın yenilənmiş qaydalarına əsasən təsnifat mərhələsində əvvəlki kimi 2 yox, 3 sarı vərəqə alan futbolçular növbəti matçdan məhrum olur.

Odur ki, narahatlığa gərək yoxdur. “Araz-Naxçıvan” “Omoniya”nın önünə İqor Ribeyro xaric, tam heyətlə çıxacaq.

Komandalar arasındakı ilk oyun avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması avqustun 14-də səfərdə gerçəkləşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 18:10 Çək və bizə göndər!