
«Araz-Naxçıvan» ilk dəfə qatıldığı avrokuboklarda sensasiyaya imza atdı.
Premyer Liqanın bürünc medalçısı «Aris»i Konfrans Liqasından uzaqlaşdırdı.
«Ağ-qırmızılar» ikinci təsnifat mərhələsində qarşılaşdığı Yunanıstan təmsilçisini 2:1 və 2:2 ilə keçdi və yeni tarix yazdı.
Möhtəşəm qələbə lazımınca qiymətləndiriləcək. Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov komanda üzvlərini bununla bağlı müjdələyib.
İlk gündən «Araz»ın arxasında dayanan başqan rəqəm səsləndirməsə də, yüksək məbləğdə mükafat verəcəyini bildirib.
Bizdə olan məlumata görə, tanınmış iş adamı kollektivə 500 min manat civarında «ənam» ayırıb. Bu vəsaitdən bütün işçilərə də pay düşəcək.
SPORTİNFO.AZ