.jpg)
Avqustun 4-də Nyonda (İsveçrə) Konfrans Liqasının təsnifat mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, üçüncü təsnifat mərhələsində Kiprdən “Omoniya” ilə üz-üzə gələcək “Araz-Naxçıvan” da potensial rəqibini tanıyacaq.
Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlər sırasında yer alacaq.
“Araz-Naxçıvan”ın potensial rəqibləri aşağıdakı klublardır: “Larne” (Şimali İrlandiya) – “Santa Klara” (Portuqaliya), “Lozanna-Sport” (İsveçrə) – “Astana” (Qazaxıstan), “Klaksvik” (Farer adaları) – “Neman” (Belarus), “Vikinqur” İslandiya) – “Bröndbü”(Danimarka), “Hayduk” (Xorvatiya) - "Dinamo Siti" (Albaniya), “Riqa” (Latviya) – “Beytar” (Yerusəlim, İsrail), Aris (Kipr) - AEK (Yunanıstan), “Banik” (Çexiya) – “Austriya” (Avstriya), “Universitatya” (Krayova, Rumıniya) - Spartak (Slovakiya), “Rusenborq”(Norveç) – “Hammarbü”(İsveç), AİK(İsveç) – “Dyör” (Macarıstan), “Kauno Jalgris” (Litva) – “Arda” (Bolqarıstan), “Polessye” (Ukrayna) – “Pakşi” (Macarıstan).
Eləcə də Avropa Liqasının üçüncü turunun məğlubları “Araz-Naxçıvan”ın potensial rəqibi olacaq: “Servette” (İsveçrə) – “Utrext” (Niderland), PAOK(Yunanıstan) – “Volfsberger”(Avstriya), “Fredrikstad” (Norveç) – “Midtyulland” (Danimarka), AEK (Kipr) – “Legia” (Polşa) və “Hakken” (İsveç) – “Brann” (Norveç).
Püşkatma saat 16:00-da başlayır. Konfrans Liqasının seçmə mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də keçiriləcək.