Azərbaycan klubuna qoşulacağı tarix bəlli oldu - Mərakeşli legionerin

4 Avqust 2025 22:40 Araz-Naxçıvan 3 041
Azərbaycan klubuna qoşulacağı tarix bəlli oldu - Mərakeşli legionerin

"Araz Naxçıvan"ın yarımmüdafiəçisi Əyyub Allaşın durumuna aydınlıq gəlib.

Mərakeşli legioner hələ də kollektivə qoşulmayıb.

27 yaşlı futbolçu hazırda Belçikadadır.

O, adıçəkilən ölkədə zədəsinin bərpası ilə məşğuldur.

Ən yaxşı halda bir aydan sonra Bakıya qayıda biləcək.

"Qəbələ"nin sabiq üzvü bu ilin yanvarında Naxçıvan təmsilçisinə qoşulub.

Cəmi 8 görüşdə meydana çıxan futbolçu bir məhsuldar ötürmə ilə yadda qalıb.

28-ci turun "Neftçi" ilə bərabərə bitən matçının 25-ci dəqiqəsində aldığı ağır zədə səbəbindən Allaş yaşıl meydanlardan uzaq düşüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti