
“Araz-Naxçıvan” tarixində ilk dəfə qatıldığı avrokuboklarda mərhələ adlamağı bacardı.
Bir həftə əvvəl Bakıda “Aris”i 2:1 hesabı ilə məğlub edən təmsilçimiz Yunanıstanda bərabərə qalmaqla (2:2) istəyinə çatdı.
Azlıqda qalmasına baxmayaraq, əsl qəhrəmanlıq göstərərək xalqımızı sevindirən fututbolçuları və məşqçilər heyətini hava limanında qarşılamaq istəyənlərin sayı kifayət qədərdir.
Xəbəriniz olsun ki, “Araz-Naxçıvan” Bakıya oyundan dərhal sonra yox, avqustun 1-dən 2-nə keçən gecə qayıdacaq.
Buna səbəb nümayəndə heyətinin səfərə çarter yox, tranzit reyslə yollannmasıdır.
Belə olduğu halda Afinadan Bakıya uçacaq təyyarəni gözləmək lazım gələcək. Naxçıvan təmsilçisi avqustun 1-i axşama doğru Salonikidən Afinaya uçub, oradan Bakıya yön alacaq.
Odur ki, Konfrans Liqasında mərhələ adlayan kollektiv vətənə avqustun 1-dən 2-nə keçən gecə saat 03:20-də eniş edəcək.
HƏBİB / SPORTİNFO.AZ