
“Araz-Naxçıvan” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bu gün cavab matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi səfərdə Yunanıstanın “Aris” komandası ilə görüşüb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinmişdi.
Cavab matçında məhsuldar heç-heçə qeydə alınıb. Bu nəticə Azərbaycan təmsilçisini növbəti mərhələyə daşıyıb.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) matçının qalibi ilə üz-üzə gələcəkdi.
Sözügedən cütün qalibi də “Omoniya” olub. Bir sözlə, Naxçıvan klubu 3-cü raundda Kipr təmsilçisi ilə qarşılaşacaq.
22:15. "Aris" (Yunanıstan) – "Araz-Naxçıvan" 2:2
Qollar: Fabiano,62, Monçu,90 - Ç.Boli,11, Felipe Santos 37 (p)
Qırmızı vərəqə: İqor Ribeyro,52
"Aris": 21. Lovro Maykiç, 27. Noa Fadiqa, 4. Fabiano Leys24. Leysmann (k), 24. Pedro Alvaro, 37. Hamza Mendil, 28. Dudu, 10. Uroş Raçiç, 8. Monçu, 70. Yannis Gianniotas, 18. Olimpiu Morutan, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 4. İqor Ribeyro, 3. Bəxtiyar Həsənalızadə, 77. Bruno Aleksandre, 6. Patrik Andrade, 19. Bar Kohen, 29. Vanderson, 10. Felipe Santos, 70. Çarles Boli, 11. Ba-Muaka Simakala
İlk oyun – 1:2
Baş hakim: Devid Dikinson (Şotlandiya)
Saloniki, “Kleantis Vikelidis” stadionu