"Araz"ın etdiyi hər şey alınırdı" - "Aris"in müdafiəçisi

28 İyul 2025 09:00 Araz-Naxçıvan 517
"Araz"ın etdiyi hər şey alınırdı" - "Aris"in müdafiəçisi

"Aris"in müdafiəçisi Noa Fadiqa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Araz-Naxçıvan"a(2:1) qarşı keçirdikləri görüş haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “Gazzetta.gr” nəşrinə danışan seneqallı komandasının növbəti mərhələ şanslarını da dəyərləndirib:

"Araz-Naxçıvan"a məğlubiyyəti iki faktla əlaqələndirirəm. İlk növbədə biz konsentrasiyanı itirdik.

"Araz-Naxçıvan"ın həmin gün etdiyi hər şey alındı. Hər şey istədiyimiz kimi alınmadı.

Matç o qədər də yaxşı şərtlər altında keçirilmirdi. Amma nəticə Salonikidəki cavab oyununda azarkeşlərimizin dəstəyi ilə növbəti mərhələyə yüksələcəyimizə ümid yaradır.

Komandamızın malik olduğu keyfiyyət sayəsində uğur qazanacağımıza əminəm".

Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq