Azərbaycan klubuna məğlubiyyətə iki səbəb göstərdi

02:00 Araz-Naxçıvan 238
Azərbaycan klubuna məğlubiyyətə iki səbəb göstərdi

"Matça istədiyimiz kimi başlamadıq, 90 dəqiqə çətin şərtlər altında keçdi".

Sportinfo.az xəbər verir ki, Bunu Yunanıstan "Aris"inin futbolçusu Noa Fadiqa Bakıda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzduqlarıKonfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu hbqda deyib.

Seneqallı müdafiəçinin fikrincə, komandasının məğlubiyyəti iki amilin nəticəsində baş verib:

"Əvvəla, konsentrasiyamızı itirdik, digər tərəfdən, "Araz-Naxçıvan"ın etməyə çalışdığı hər şey uğurlu alındı".

Lakin 26 yaşlı yeni transferin fikrincə, yekun nəticə növbəti mərhələyə ümid yaradır:

"Bu hesab azarkeş amilini də nəzərə alaraq, Salonikidəki cavab görüşünə ümidli çıxmağımıza imkan verir.

Əminəm ki, komandamızın səviyyəsi sayəsində uğura nail olacağıq".

Cavab görüşü iyulun 31-də Saloniki şəhərindəki "Kleantis Vikeledis" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 20:00 Çək və bizə göndər!