.jpg)
“Müdafiədən yarımmüdafiəyə keçidlərdə ilk hissədə durğunluq var idi.
Bu da üçüncü fazada topa sahib olma əmsalını çox aşağı salırdı.
Simakala, Çarles Boli mərkəzə çox düşdüklərinə görə daha artıq qaçmağa məcbur oldular.
Əsasən son 20 metrdə faydalı işi yüksək olan futbolçular bu durumda çox güc sərf etmiş olurlar.
Nəticədə məhsuldarlıq da aşağı düşür. Əgər rəqib meydanın özünə aid hissəsində səni qarşılayırsa, burada sürət deyil, futbolçunun fərdi keyfiyyəti önəmlidir.
Çünki qısa məsafədə oyunçu keçə bilməsən, boşluq yaxalaya bilməzsən. Hər iki tərəf qol vurduqdan sonra cərimə meydançası həndəvərində bir-birilərini qarşılamağı buraxdı.
Xətlərarası məsafə genişləndiyinə görə “Araz Naxçıvan”ın sürətli futbolçularına geniş zonalar yarandı. Ona görə də son 25 dəqiqədə çoxlu qol epizodları yarandı”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərovun və sabiq futbolçu Amit Quluzadənin təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Aris” matçı (2:1) haqda maraqlı fikirlər səsləndirilib.
İkinci hissədə yaranmış qol epizodlarının səbəbləri barədə şərhlər verilib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN