
"Araz Naxçıvan" artıq üçüncü mövsümdür təmsil olunduğu Naxçıvandan uzaq düşüb.
Komanda məşqlərini Bakının müxtəlif meydançalarında edirsə, oyunlarını Mərdəkanda yerləşən "Bona Dea Arena"da edir.
Futbol ictimaiyyəti də zaman-zaman bu durumdan şikayət edir. Ki, komanda niyə məxsus olduğu Naxçıvan Muxtar Respublikaya qayıtmır?
Deyəsən, bu istək yaxın zamanda gerçək olacaq. Bu barədə klubun icraçı direktoru Eldəniz Yusifov Sportinfo.az-a açıqlamasında dilə gətirib:
"Yaxın vaxtlarda bu barədə xoş xəbərlər verə biləcəyik. Artıq yekun müsbət nəticələr var. İnanıram ki, "Aris"la oyundan sonra müsbət xəbər olacaq.
Bu mövsüm demək doğru olmaz. Amma növbəti sezon böyük ehtimalla komanda Naxçıvana qayıdacaq".
XANOĞLAN