"Araz-Naxçıvan"da ötən mövsüm kapitan sarğısını daşımış Numan Kurdiç Azərbaycandan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bosniyalı ölkəmizi tərk etdikdən sonra özünə yeni komanda tapıb.
Belə ki, 25 yaşlı müdafiəçi Litvada "Kauno Jalqris"ilə anlaşıb.
Bosniya və Herseqovinadan olan futbolçu yeni komandası ilə bir illik müqaviləyə qol çəkib.