COP29

Türkiyədən dəvət gəldi, Azərbaycan klubundan ayrıldı

10 İyun 22:20 Araz-Naxçıvan 6 001
Türkiyədən dəvət gəldi, Azərbaycan klubundan ayrıldı

Daha bir futbolçumuz legioner həyatı yaşaya bilər.

Söhbət "Araz Naxçıvan"dan ayrılan Tural Bayramlıdan gedir.

26 yaşlı yarımmüdafiəçiyə Türkiyə klublarından dəvət var.

Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, orta sahə oyunçusu yeni mövsümə qardaş ölkədə başlayacaq.

Bayramlının Muxtar Respublika təmsilçisindən ayrılmaq səbəbi də budur.

O, arxada qoyduğumuz mövsüm meydana çıxdığı 32 oyunda 2 asistlə yadda qalıb.

Gənclər millimizin sabiq üzvü daha əvvəl Latviyada "Dauqavpils" və Yunanıstanda "Pierikos" klublarında legioner həyatı yaşayıb.

O, ölkəmizdə isə "Sumqayıt", "Keşlə" (indiki "Şamaxı"ı), "Səbail" və "Zirə" klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"